media-inshot_20251215_202552785

Gündəlik həyatda smartfon istifadəsinin artması ilə powerbank-lar bir çox insan üçün zəruri aksesuara çevrilib. Xüsusilə yolda, ictimai nəqliyyatda və uzun səfərlərdə mobil cihazları enerji ilə təmin edən bu qurğuların təhlükəsizliyi son zamanlar müzakirə mövzusuna çevrilib. Powerbank-ların cibdə və ya çantada daşınmasının riskləri, eləcə də onların partlama ehtimalının nə dərəcədə real olduğu ictimai maraq doğurur.

Bəs powerbank-ları cibdə və ya çantada gəzdirmək təhlükəsizdirmi və onların partlaması real riskdir, yoxsa bu cür hallar nadir hallarda baş verir?

Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, keyfiyyətsiz powerbanklar nadir hallarda partlaya bilər:

“Powerbankları cibdə və ya çantada gəzdirmək ümumilikdə təhlükəlidir demək düzgün olmaz, amma bəzi hallarda real risklər mövcuddur və bunu nəzərə almamaq olmaz. Bu qurğuların içində litium-ion və ya litium-polimer batareyalar olur və bu batareyalar düzgün istifadə olunmadıqda qızma, şişmə və nadir hallarda partlama riski yarada bilər. Əsas risklər adətən keyfiyyətsiz və ya sertifikatsız powerbanklarla bağlı olur. Ucuz, naməlum istehsalçıya aid cihazlarda daxili qoruma mexanizmləri zəif olur və bu da qısaqapanma, həddindən artıq qızma kimi hallara səbəb ola bilər”.

media-img-20251215-wa0057-1

Texnoloq həmçinin bildirib ki,powerbankı metal əşyalarla birgə, günəş altında və ya sıxılmış vəziyyətdə saxlamaq qızma və partlama riskini artırır:

“Digər təhlükəli məqam powerbankın cibdə metal əşyalarla yəni açar, qəpik və s. ilə birlikdə daşınmasıdır. Bu, çıxış portlarında qısaqapanma yaradaraq qızmaya gətirib çıxara bilər. Həmçinin powerbankı uzun müddət günəş altında, avtomobildə və ya bədənə çox yaxın, hava almayan cibdə saxlamaq da risk yaradır. Çantada daşındıqda isə onun sıxılmamasına, zədələnməməsinə diqqət etmək vacibdir. Əgər powerbank isinirsə, şişmə varsa və ya kəskin qoxu hiss olunursa, dərhal istifadəsi dayandırılmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər