Rusiya prezidenti Vladimir Putin ölkəsində inflyasiya səviyyəsinin çətinliklər yaratdığını bəyan edib və Rusiya hökumətinə 2025-ci ildə inflyasiyanı azaltmağı tapşırıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin ilə paytaxt Moskvada görüşən Putin Rusiya iqtisadiyyatının struktur dəyişikliyinə məruz qalması lazım olduğunu vurğulayıb. Putin Rusiyanın bütün bölgələrində yeni fabriklər və iş imkanları yaradılmalı, bütün obyektlərin müasir idarəetmə prinsiplərinə və yeni texnoloji əsaslara söykənməli olduğunu qeyd edib. Süni intellekt və robot texnologiyalarının istifadəsinin genişləndirilməsi lazım olduğuna işarə edən Putin hər yerdən ən yaxşısını almalı və bu əsasda işçi qüvvəsinin səmərəliliyini artırmağın vacibliyini vurğulayıb.


Bənzər xəbərlər