Qadın kişini ayaqqabısından öpdürüb - VİDEO
Sosial şəbəkələrdə yayılan videogörüntüdə qadın kişini ayaqqabısından öpdürüb.
Patrulaz.az-ın əldə etdiyi videogörüntüdə yerə çökmüş vəziyyətdə qadının ayaqqabısını öpən kişinin ifadəsi və davranışı onun bu hərəkəti öz istəyi ilə etmədiyini göstərir.
Görünən odur ki, qadın həm bu hərəkəti etdirməklə, həm də sözügedən görüntünü yaymaqla qarşı tərəfi alçaltmağa çalışıb.
Məsələyə hüquqi münasibətini bildirən vəkil Ramil Vəliyev bildirib ki, hadisənin detalları dəqiq məlum olmasa da, görüntüdə yer alan şəxsin bu hərəkətə məcbur edilməsi cinayət tərkibi yarada bilər:
“Hadisənin detalları barədə ətraflı məlumat olmadan cinayət hadisəsi olub-olmaması, cinayət baş vemişdirsə Cinayət Məcəlləsinin hansı maddəsinin tərkibinin olması dəqiq bildirmək mümkün deyil. Lakin şəxsi həmin hərəkəti etməyə məcbur edilməsi bir neçə formada və müxtəlif cinayət nəticəsində baş verə bilər. Məsələn ölüm və ya sağlamlığa ağır xəsarət yetirməklə hədələmə nəticəsində və ya əzab vermə (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə). Şəxsin görüntüdə olan hərəkəti iradəsi daxilində etmiş olsa belə, görüntünün yayılması şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması olmaqla cinayət tərkibi yarada bilər”.
Gülbəniz Səfərova