"Qarabağ" bu gün Çempionlar Liqasında cavab oyununa çıxır
Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab matçına çıxacaq.
Patrulaz.az xəbər verir ki, Qurban Qurbanovun komandası saat 20:45-də Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.
İlk oyunda Bakıda keçirilən görüşdə “Qarabağ” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu mərhələnin qalibi Çempionlar Liqasının qrupuna yüksələcək, uduzan tərəf isə Avropa Liqasının qrupunda mübarizəsini davam etdirəcək.






