media-f47730da-5fbb-4221-b897-769b605d2923

“Təcavüzkar Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti və quruculuq işlərinin miqyası çox genişdir, dünyada tayı-bərabəri yoxdur. Dövlət suverenliyimizin bərpasından qısa müddət keçməsinə baxmayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti müasir yaşayış komplekslərini, infrastrukturu quraraq keçmiş məcburi köçkün bacı-qardaşlarımızı doğma yurdlarına qaytarıb. Bu işlərlə paralel olaraq məktəblər, xəstəxanalar, mədəniyyət abidələri də tikilib”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

media-img_0917
Deputat bildirib ki, Ermənistanın məhv etməyə çalışdığı tarix və mədəniyyət abidələrimiz həm dövlət büdcəsi, həm də Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək millətimizə qaytarılıb: “İndiyədək işğaldan azad edilmiş ərazilərə təxminən 40 mindən çox vətəndaşımız qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə müasir yollar, tunellər çəkilib. Xəyallara gəlməyəcək olan işlər – “Füzuli Beynəlxalq Hava Limanı”, “Zəngilan Hava Limanı” tikilib istifadəyə verilib. Laçında hava limanı tikilir. Bütün bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə sanatoriya-kurort sisteminin inkişafı üçün böyük işlər görülür. Kəlbəcərdə “İstisu” sanatoriyası tikilir. Görülən işlər barədə çox danışmaq olar. Amma bütün bunlar onu göstərir ki, ölkədə bütün işlər, o cümlədən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti-quruculuq işləri dövlətimizin aydın strategiyası əsasında planlı şəkildə edilir”.


Bənzər xəbərlər