Qusarda məktəb yolunda piyada keçidinin olmaması şagirdlərin həyatını təhlükəyə atır - VİDEO
Qusarda məktəb yolunda piyada keçidinin olmaması şagirdlərin həyatını təhlükəyə atır.
Patrulaz.az-a daxil olan məlumata görə, Qusar rayonunda yerləşən 6 nömrəli məktəbin yaxınlığında piyada keçidinin olmaması şagirdlər üçün ciddi təhlükə yaradır.
Əldə olunan kadrlarda açıq şəkildə görünür ki, sözügedən yolda nə piyada keçidi, nə də işıqfor mövcuddur. Bu səbəbdən də məktəblilər həyatlarını riskə ataraq, yolu sürətlə keçməyə məcbur olurlar.
Yerli sakinlər mövcud vəziyyətdən dərin narahatlıqlarını dilə gətirirlər. Onların sözlərinə görə, sözügedən yolda hər hansı yerüstü və ya yeraltı piyada keçidi yoxdur.
Valideynlər övladlarının hər gün bu təhlükəli yoldan keçməsindən ciddi narahatlıq keçirir və aidiyyəti qurumlardan vəziyyətə dərhal müdaxilə olunmasını xahiş edirlər.
Gülbəniz Səfərova






