media-inshot_20250628_163353196

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Yekaterinburq şəhərində keçirdiyi əməliyyat zamanı saxlanılan, daha sonra sərbəst buraxılan Ramil Səfərov baş verən hadisə ilə bağlı “Report”un Rusiya bürosuna açıqlama verib.

Patrulaz.az xəbər verir ki, onun sözlərinə görə, yaşadığı mənzilə səhər saat 6 radələrində təhlükəsizlik qüvvələri daxil olub:

”Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım gicəllənir. Məni döyəndə burnumdan qan açıldı və sonra dedilər ki, qanı sil. Qanın mənə aid olduğunu sübut edə bilməmək üçün bunu etdilər”, – R.Səfərov deyib.

Ramil Səfərov həmçinin bədənindəki xəsarət izlərini nümayiş etdirib.

Qeyd edək ki, iyunun 26-da Yekaterinburq şəhərində Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində bir neçə azərbaycanlı saxlanılıb. Onlardan bəziləri daha sonra sərbəst buraxılıb, bəziləri isə hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Hadisə ilə bağlı rəsmi istintaq davam edir.


Bənzər xəbərlər