media-f2f7ea8e-4150-4817-aebc-c95389635fd1

Meksikanın Quanaxuato ştatının səlahiyyətli orqanları tərəfindən verilən açıqlamaya görə, San Xose İturbide şəhərində narkotik maddə asılılığından müalicə alan şəxslərin yerləşdiyi reabilitasiya mərkəzində yanğın baş verib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada baş vermiş yanğın nəticəsində binada olan 12 nəfərin həyatını itirdiyi, ən azı 3 nəfərin isə yaralandığı bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Meksika mediasının yaydığı məlumatlarda vurğulanır ki, bəzi “xüsusi” reabilitasiya mərkəzləri nəzarətsiz fəaliyyət göstərir, maliyyə vəsaitləri kifayət qədər deyil və bu müəssisələrdəki şəxslər tez-tez istismara məruz qalır.
Ölkədə tez-tez baş verən zorakılıq hadisələri fonunda reabilitasiya mərkəzləri zaman-zaman hücumların hədəfinə çevrilir.


Bənzər xəbərlər