media-inshot_20260327_153006860

Çində qeyri-adi hadisə baş verib.

Patrul.az xəbər verir ki, ölkənin Şaansi əyalətində onlarla insan rəqs edən humanoid robotu izləmək üçün toplaşıb.

Robot rəqs edərkən gözlənilməz hərəkət edib. O, yaxınlıqda onu diqqətlə izləyən  uşağın üzünə səhvən şillə vurub.

Hadisədən dərhal sonra robotun idarəetməsi dayandırılıb, texniki işçilər isə hələ də hərəkətlərini davam etdirməyə çalışan cihazı ərazidən uzaqlaşdırıblar.

Məlumat üçün bildirək ki, bu robot tədqiqat, təhsil və kommersiya məqsədləri üçün Çinin Unitree Robotics şirkəti tərəfindən istehsal olunan G1 humanoid modelidir.

Unitree G1 əsasən tədqiqat və təhsil məqsədləri üçün nəzərdə tutulub, boyu 130 sm, çəkisi isə təxminən 35 kq-dır. Şirkət tərəfindən açıqlanan ilkin qiyməti 13 500 dollardır.

Hadisə sosial mediada robotların ictimai yerlərdə təhlükəsizliyi və süni intellektin insan mühitində yaratdığı risklərlə bağlı geniş müzakirələrə səbəb olub.

media-inshot_20260327_153006860 media-19288e6f6b38dffb3742e2db27fc7717-1

Gülbəniz Səfərova


Bənzər xəbərlər