Ruhi xəstə muzeydə qədim heykəlləri DAĞITDI -VİDEO
Çində III əsrə aid minlərlə gil döyüşçünün nümayiş olunduğu muzeydə xoşagəlməz hadisə baş verib.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, məşhur “Terrakota Ordusu” muzeyində bir turist qoruyucu baryerləri keçərək eksponatların üzərinə atılıb. Daha sonra ayağa qalxan şəxs ətrafdakı qədim fiqurları itələyərək onlara ciddi ziyan vurub.
Hadisə turistlərin gözü qarşısında baş verib və anbaan mobil telefonlarla qeydə alınıb.
Hadisəni şahidilərindən biri belə təsvir edib:
“Turist əvvəlcə səviyyə-səviyyə enərək qazılmış sahəyə daxil oldu. Yoldaşları ona “nə edirsən?”, deyə qışqırdılar, amma o, heç nəyə məhəl qoymadan çuxurun dibinə tullandı və heykəlləri dağıtmağa başladı”.
Hadisədən sonra sözügedən turistin ruhi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Qeyd edək ki, “Terrakota Ordusu” muzeyi eramızdan əvvəl 200-cü illərə aid təxminən 8000 gil əsgərdən ibarət qədim arxeoloji tapıntıdır. Bu döyüşçülərin imperator Qin Şi Huanqın məzarını qorumaq məqsədilə hazırlanmış “dəfn sənəti” nümunəsi olduğu düşünülür. Muzey 1974-cü ildə yerli fermerlər tərəfindən aşkar edilərək həmin ərazidə salınıb və bu gün Çin tarixinin ən önəmli mədəni irslərindən biri hesab olunur.
Gülbəniz Səfərova






