media-img_5065

Ruminiya oarlamentində impiçment səsverməsi gözlənildiyi halda, prezident İohannis ölkənin böhrana düşməsinin qarşısını almaq üçün istefa verdiyini açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rumıniya prezidenti Klaus İohannis açıqlamasında Rumıniyanı və xalqını böhrandan xilas etmək üçün Rumıniya prezidenti vəzifəsindən istefa verdiyini bildirib.

13 iyun 1959-cu ildə Sibiu şəhərində alman əsilli bir ailənin övladı olaraq dünyaya gələn İohannis Babeş-Bolyai Universitetinin Fizika fakültəsini bitirmiş və ölkənin bir çox yerində fizika müəllimi kimi çalışmışdır. Müəllimlik fəaliyyəti dövründə tanış olduğu ingilis dili müəllimi Karmen İohannis ilə 1989-cu ildə ailə quran Klaus İohannis 30 iyun 2000-ci ildə keçirilən seçkilərdə doğulduğu Sibiu şəhərinin meri seçilib. 14 il fasiləsiz olaraq bu vəzifədə çalışdıqdan sonra 2014-cü ilin sonunda Rumıniya prezidenti seçilib.


Bənzər xəbərlər