Rusiya: Donetsk və Xarkovda 2 yaşayış məntəqəsini ələ keçirdik
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Novomlinsk və Donetsk vilayətində Baranovka yaşayış məntəqələrini ələ keçirdiklərini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada son 24 saat ərzində Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatlarının (PUA) anbar və təlim mərkəzlərinə, 157 bölgədə əsgər və hərbi texnikanın yerləşdirildiyi məntəqələrə hücumlar təşkil edildiyinə diqqət çəkilib.