Rusiya: Trampın Qəzza ilə bağlı açıqlamaları bölgəyə gərginlik gətirir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova ABŞ prezidenti Donald Trampın Qəzza zolağının ələ keçirilməsi planı ilə bağlı açıqlamasının konstruktiv olmadığını bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
ABŞ prezidenti Donald Trampın “ABŞ Qəzza zolağına sahib çıxacaq və fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarəsi yoxdur” ifadəsini dəyərləndirən Zaharova, indiki mərhələdə bu cür yüngül və populist bəyanatların konstruktiv olmadığını bildirib.
Qəzzada yaşanan faciənin illərdir davam etdiyini bildirən Zaharova, İsrail ilə Həmas arasında Qəzza zolağında atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.