media-inshot_20260317_134653573

Rusiya-Ukrayna müharibəsinin cəbhə xəttindən növbəti ağır görüntülər yayılıb.

Patrul.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin dron operatorları Zaporojye istiqamətində Rusiya bölmələrinə məxsus hərəkətdə olan texnikanı hədəf alıb.

Hadisə zamanı hərbçilərin olduğu avtomobilə pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Nəticədə nəqliyyat vasitəsi alovlanıb.

Məlumata görə, hərbçilər son anda yanmaqda olan avtomobildən uzaqlaşdırılaraq xilas olublar. Buna baxmayaraq, iki hərbçi ayaqlarından ağır xəsarət alıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, müharibə 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat” elan etməsi ilə başlayıb.

Beynəlxalq mənbələr və Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiyanın ümumi canlı qüvvə itkisi (ölən və yaralananlar) 1,2 milyon nəfəri ötüb.

Ukrayna ordusunun itkilərinin isə 500-600 min nəfər civarında olduğu ehtimal edilir. BMT-nin təsdiqlənmiş məlumatlarına əsasən, 13 mindən çox mülki şəxs həlak olub. 


Bənzər xəbərlər