Rusiyalı turistlər 2024-cü ildə ən çox Türkiyəyə səyahət ediblər
2024-cü ildə rusiyalı turistlərin beynəlxalq səfərlərinin əvvəlki ilə nisbətən 15,4 faiz artaraq 17,4 milyona çatdığı və ən çox Türkiyəyə səfər etdikləri bildirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) bəyanatında ölkənin turizm sektorunun 2024 qiymətləndirməsi yer alıb. Şərhdə Türkiyənin cəmi səyahətlərdə yüzdə 38,5 payla birinci olduğu qeyd edilib. Birləşmiş Ərəb Əmirliklərinin yüzdə 11,4, Çinin yüzdə 10,9, Taylandın yüzdə 10 və Misirin yüzdə 8,5 paya sahib olduğu bildirilən açıqlamada, sözügedən dövrdə Türkiyəyə səfərlərin yüzdə 6,3 artaraq 6,7 milyona çatdığı məlumatı yer alıb. Rusiya Səyahət Sənayesi Birliyi ölkədə yay mövsümü üçün Türkiyə turlarının satışlarının ötən ilin eyni dövrü ilə müqayisədə 2-2,5 dəfə artdığını bildirib.