media-8a6e4eb0-5812-4de3-b68d-e58a709071f6

“Patrulaz.az” xəbər verir ki, bu gün günorta təxminən 13:30 radələrində Sabunçu Rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verilən şəxsi polis əməkdaşlari səlahiyyət öhdəlikləri çərçivəsində saxlayaraq, Sabunçu İcra və Probasiya şöbəsinin inzibati binasına təhvil vermək üçun gətirilib.

Lakin saxlanılan şəxs icra məmurlarına təhvil verildikdən sonra, çöldə siqaret çəkmək adı ilə icazə alıb və bu səriştəsiz icazədən istifadə edən şəxs ərazidən uzaqlaşaraq qaçıb.

Qeyd edək ki, şəxsin saxlanılması ilə bağlı qərarı Sabunçu İcra və Probasiya şöbəsi rəsmi şəkildə vermişdir.


Bənzər xəbərlər