Sabunçuda avtomobildə baş verən yanğınla bağlı FHN-dən RƏSMİ AÇIQLAMA - Mühərrik hissəsi yanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Sakit Qocayev küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Patrulaz.az-a verilən açıqlamada bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “MİTSUBİSHİ” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.