media-8b9ca98c-8324-4f60-8225-c7220de30bd5

İranın İsfahan şəhərində fəaliyyət göstərən saç salonunda 13 qadın zəhərlənib.

Patrulaz.az “Mehr Xəbər Agentliyi”nə istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Tahir küçəsində baş verib. Salon daxilində istifadə edilən generatordan sızan karbon qazı salonun içindəki qadınların halının pisləşməsinə səbəb olub.

Məsələ ilə bağlı açıqlama verən İsfahan Təcili Yardım Mərkəzinin sözçüsü Abbas Abdi bildirib:
“İsfahan şəhərinin Mirzə Tahir küçəsində qadınların saç salonunda generatorun işə salınması nəticəsində 13 qadın qazdan zəhərlənib”.

Qeyd edək ki, zəhərlənən qadınlar vəziyyətlərinə uyğun olaraq şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib və hadisə ilə bağlı araşdırma davam etdirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər