"Sağdır, ya yox, bilinmir" - Tramp Müctəba Xameneinin səhhəti ilə bağlı yenidən iddialar səsləndirdi
ABŞ Prezidenti Donald Tramp İranın yeni ali dini lideri Müctəba Xameninin səhhəti ilə bağlı yenidən iddialar səsləndirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, o, İranın razılığa gəlmək istədiyini, lakin bunu kimin edəcəyinin bəlli olmadığını bildirib.
Donald Tramp qeyd edib ki, Müctəba Xameninin sağ olub-olmadığı dəqiq məlum deyil. Onun sözlərinə görə, bəzi iddialarda Xameninin bir ayağını itirdiyi bildirilir.
ABŞ Prezidenti həmçinin açıqlamasında ordusunun İranın 7000-dən çox mövqeyini hədəfə aldığını iddia edib.






