“Sakinləşdirici Kokteyl”lə 15 qətl: Həkim ittiham olundu
Almaniyada həkim 15 xəstəni “ölümcül kokteyl”lə öldürüb.
Patrulaz.az “Xarici KİV”ə istinadən xəbər verir ki, Berlin Prokurorluğunun yaydığı açıqlamaya görə, 40 yaşlı Johannes M. adlı həkim 2021-ci ilin sentyabrı ilə 2024-cü ilin iyulu arasında 12 qadın və 3 kişini xəbərsiz şəkildə “sakitləşdirici kokteyl”lə öldürüb.
Məhkəmə-tibb ekspertlərinin apardığı araşdırmalardan sonra ölənlərin sayının 15-ə çatdığı, bu rəqəmin isə arta biləcəyi vurğulanıb.
Bəzi hallarda həkim cinayətlərini ört-basdır etmək üçün qurbanların mənzillərini yandırdığı da iddia olunur.
Hazırda isə istintaq davam edir və həkimin digər pasiyentləri ilə bağlı sənədlər yoxlanılır.
Qeyd edək ki, “sakitləşdirici kokteyl” birləşdirilmiş dərmanlar və ya maddələrin qarışığından istifadə olunaraq hazırlanan ölümcül bir qarışığdır.
Gülbəniz Səfərova