media-f37c598f-1ff1-443b-9644-0c1e8254bc8b

Şamaxıda dairəyə əks istiqamətdə daxil olan “Niva” sürücüsü təhlükəli anlar yaşatdı.

Patrulaz.az-a daxil olan məlumata görə, naməlum sürücü Şamaxı-Bakı yolunda dairəyə əks istiqamətdən daxil olaraq həm yol hərəkəti qaydalarını pozub, həm də vətəndaşların təhlükəsizliyini ciddi şəkildə riskə atıb.

Hadisə digər nəqliyyat vasitələrindən birində olan videoregistrator tərəfindən qeydə alınıb. Kadrlarda sürücünün qarşıdan gələn nəqliyyat axınına əhəmiyyət vermədən qanunsuz şəkildə manevr etdiyi aydın görünür.

Sözügedən avtomobilin qeydiyyat nömrəsinin “99-MO-855” olduğu bildirilir.

Vətəndaşlar aidiyyəti qurumlardan sözügedən sürücünün müəyyən edilərək, inzibati məsuliyyətə cəlb olunmasını xahiş edirlər.

Qeyd edək ki, bu cür davranışlar nəinki qayda pozuntusudur, həmçinin də insanların həyatını təhlükəyə atır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər