“Samirə Ehsan” bulağı baxımsız vəziyyətdədir – FOTO
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Samirə Ehsan” bulağı baxımsız vəziyyətdədir.
Patrulaz.az-a daxil olan məlumatlara görə, bulaq hazırda zibil qutusu kimi istifadə edilir və ətrafı baxımsız qalıb. Xüsusilə də qəbiristanlıq yaxınlığında yerləşən bu cür bulaqların hörmət və təmizliyə ehtiyac duyduğu bildirilir. Yerli sakinlər aidiyyatı qurumların məsələyə müdaxilə edərək, bulağın təmizlənməsi və yenidən abadlaşdırılması üçün tədbir görməsini xahiş edir.