"Samsung"un ən bahalı smartfonu biabırçı nöqsanlarına görə alıcılarını qəzəbləndirdi
Telefon istifadəçiləri “Samsung Galaxy Z Fold 7” adlı qatlanan smartfonun keyfiyyətindən narazı qalıblar.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, cihazların gövdəsindəki boyanın soyulması istifadəçilər arasında “Samsung”a olan etibarın azalmasına səbəb olub.
Artan şikayətlərə baxmayaraq, “Samsung” şirkəti problemi aradan qaldırmaq istiqamətində hər hansı addım da atmayıb.
İstifadəçilər şirkətin qüsurlu cihazlarını ya dəyişdirməsini, ya da müştərilərin ödədiyi məbləği geri qaytarılmasını tələb ediblər.
Məlumatlara görə, “Samsung” yaxın vaxtlarda üçqat ekranlı yeni qatlanan smartfon da təqdim edəcək. Sözügedən model cəmi 50 min ədəd məhdud tirajla satışa çıxarılacaq.
Qeyd edək ki, hazırda”Galaxy Z Fold 7″ “Samsung”un ən bahalı smartfonu modelidir.






