Santorinidə oğurluğa qarşı tədbirlər artırılıb
Son günlər Ege dənizində baş verən seysmik aktivliyə görə insanların çoxu tərəfindən tərk edilən Santorini adasında oğurluğun qarşısını almaq üçün polis qüvvələrinin artırıldığı bildirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər seysmik aktivlik artdığı üçün 9000-dən çox insan mümkün güclü zəlzələ ilə bağlı narahatlıqlar səbəbindən adanı tərk edib.
Mümkün oğurluqların qarşısını almaq üçün Santorini adasında polis qüvvələri və nəzarət gücləndirilib .
Digər tərəfdən, Yunan mətbuatına danışan Geologiya Mütəxəssisi Prof. Dr. Efthimis Lekas bölgədə 6 baldan böyük zəlzələ ehtimalının getdikcə azaldığını və 5,8-5,9 bal gücündə zəlzələnin gözlənildiyini bildirib.