media-9c1b9477-4fbe-4bc6-b52c-dbcb56308ab4

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bir obyektin qarşısında ağacların məqsədli şəkildə qurudulduğu bildirilir.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Heydər Əliyev prospektində, “internat dairəsi” adlandırılan ərazidəki ağaclar bilərəkdən susuz qoyulub və kimyəvi vasitələrdən istifadə olunaraq məhv edilir.

Hazırda həmin ərazidəki ağacların bir hissəsinin saraldığı, quruduğu və ümumi görüntüdə də fərqli göründüyü müşahidə olunur. Əldə olunan görüntülərdə obyektin sağ tərəfində yerləşən ağaclar yaşıllığını qoruyub saxladığı halda, məhz obyektin qarşısındakı ağacların tələf olduğu açıq şəkildə görünür.

İddialara görə, bu hal təsadüfi deyil – məqsəd obyektin qarşısında yol açmaqdır. Belə ki, sözügedən obyektin sahibləri ağacların süni şəkildə qurudulması ilə əraziyə avtomobil keçidi və ya daha rahat giriş təmin etməyə çalışır.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, ağacların qanunsuz kəsilməsi və ya məhv edilməsi ətraf mühitə ziyan vurmaq kimi qiymətləndirilir və bu əməlləri törədən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər