Selena Qomez Trampın immiqrantlarla bağlı siyasətinə reaksiya verib
Dünya şöhrətli müğənni və aktrisa Selena Qomez ABŞ prezidenti Donald Trampın mühacirlərlə bağlı siyasətinə reaksiya verərək, ağlayıb.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni açıqlamasında baş verənlərə inanmağın çətin olduğunu bildirib: “Bütün xalqım təhdid altındadır və heç nə edə bilməməyim məni ruhdan salır”.
Qeyd edək ki, Meksika əsilli Selena Qomez bu reaksiyalardan sonra paylaşımını silib.