media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-7303_11_m

Yunanıstanın Krit adasında səmanın qırmızı rəngə boyandığını əks etdirən qeyri-adi görüntülər yayılıb.

Patrul.az xəbər verir ki, buna səbəb Yunanıstanda müşahidə olunan şiddətli hava şəraiti nəticəsində Afrikadan (Sahara səhrasından) gələn güclü cənub küləklərinin toz və qum hissəciklərini Aralıq dənizi üzərindən Krit adasına və ölkənin digər bölgələrinə daşıması olub.

“Erminio” fırtınası adlandırılan bu təbiət hadisəsi nəticəsində səma qeyri-adi şəkildə narıncı və qırmızı rəngə boyanıb.

Havanın keyfiyyətinin pisləşməsi və görmə məsafəsinin azalması səbəbindən Krit, Kiklad və Dodekanes adalarında bəzi məktəblər bağlanıb və ya distant təhsilə keçib.

İraklion hava limanında uçuşlar təxirə salınıb və ya digər hava limanlarına yönləndirilib.

Meteoroloqlar bildiriblər ki, Yunanıstanda toz hissəciklərinin tədricən azalacağı gözlənilir. Eyni zamanda küləyin sürətinin 8 baladək (saatda 62–74 kilometr) çatacağı proqnozlaşdırılır.

Tozdan qorunmaq üçün üz və ağız nahiyələrini bağlayan insanların qırmızı rəngə bürünmüş hava şəraitində çəkilən görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Patrul.az həmin mənzərə zamanı çəkilmiş fotoları təqdim edir:

media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-9942_1_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-5991_2_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-1168_3_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-4745_4_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-2782_5_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-8336_6_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-5666_7_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-5555_8_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-5483_9_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-5510_10_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-7303_11_m media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-4303_12_m

media-afrikadan-gelen-col-tozu-sonuc-19707558-3593_13_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər