"Sən mənim 7 dəqiqəmsən" - Sevgi və xatirələrin metaforası
İnsanların ölüm anında beyin hələ bir müddət fəaliyyətini saxlayır. Bu zaman bəzi insanlar həyatlarının xatirələrinin gözlərinin qabağından keçdiyini hiss edirlər.
Patrul.az-ın araşdırmalarına görə, elm bu fenomeni “ölümə yaxın təcrübə” (Near-Death Experience) adlandırır. Tədqiqatlar göstərir ki, ürək dayanandan sonra da beyin bir neçə dəqiqə fəaliyyət göstərə bilir və yaddaş ilə bağlı dalğalar aktiv qala bilər.Bu müddət hər kəs üçün fərqli ola bilər və ürək dayanandan sonra beynin işləmə vaxtı 1-15 dəqiqə və ya daha fərqli rəqəmlərlə dəyişə bilər. Hər bir insanın təcrübəsi fərqli olsa da, bu proses bəzən “bütün həyat bir anda göz önündən keçdi” kimi təsvir olunur.
Maraqlıdır ki, sosial mediada yayılan “7 dəqiqə” ifadəsi elmi fakt kimi deyil, daha çox metaforik mənada istifadə olunur.
“Sən mənim 7 dəqiqəmsən” – Sevgi metaforunun mənası
Bu ifadə romantik və poetik mənada işlədilir. İnsan bir başqasına deyir ki, “sən mənim üçün həyatımın ən dərin, ən qiymətli anısan”. Burada “7 dəqiqə” konkret zaman deyil, sevginin intensivliyini və xatirələrin sürətlə göz önündən keçməsi kimi dərinliyi simvolizə edir.
Beləliklə, həm ölüm anında beyin fəaliyyətinə əsaslanan elm, həm də sevgi metaforikası “7 dəqiqə” ifadəsini həm həyatın, həm də duyğuların dərinliyi ilə bağlayır.
Cəmilə Cəfərzadə






