media-101cfdd7-3412-46d7-b5e3-8fc24fbff679

Son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları mövcud vəziyyəti daha da gərginləşdirir. Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığı və sülh prosesini bilərəkdən pozduğu məsələləri gündəmdədir.
Ermənistanın dəfələrlə atəşkəsi pozması və xarici siyasətdə müstəqil qərarlar qəbul edə bilməməsi sülh perspektivlərini daha da çətinləşdirir.

media-tural-ismayilov
Ermənistanın Azərbaycana olan açıq mövqeyi barədə Patrulaz.az-a politoloq Tural İsmayılov fikirlərini bölüşüb:
“Bu gün görürük ki, Ermənistanın ipi öz əlində olmadığına görə müstəqil xarici siyasət kursu həyata keçirə bilmir. Hazırda Ermənistanda Nikol Paşinyanın hakimiyyəti özündən əvvəlki revanşistlərin səhvlərini təkrar edərək, regionda vəziyyəti daha da gərginləşdirməyə çalışır. Bunu üçün də əlindən gələni bütün təxribatları edir.

Politoloq Ermənistan hökumətinin Azərbaycanın sülh çağırışlarını nəzərə almayaraq, əksinə olaraq bu istiqamətdə olan təxribatlarını da qeyd etdi:
“Acınacaqlı mənzərə ondan ibarətdir ki, Ermənistanı kütləvi şəkildə silahlandıranlar və Ermənistana ağır hücum silahı verən Fransa, eyni zamanda Ermənistan ərazilərində mülki müşahidə missiyasını apardığını iddia edən qərb casus şəbəkələrinin Ermənistan ərazilərində mövcudluğu fonunda Ermənistan Azərbaycan əleyhinə təxribatlar törədir. Son 13 gün ərzində demək olar ki, hər gün sərhədin müxtəlif istiqamətlərdə Ermənistan Azərbaycana qarşı təxribatlar törədir. Eyni zamanda, Ermənistan müxtəlif formalarda Azərbaycanın bütün sülhlə bağlı çağırışlarını tapdalamaqla məşğuldur. Bu məsələnin tamamilə sülhdən kənara çıxması üçün əlindən gələn hərşeyi edir. Faktiki olaraq, Ermənistanın sonuncu atdığı addımlardan sonra artıq bizdə tamamilə belə bir mənzərə formalaşır ki, bugünkü Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi imzalamaq kimi bir niyyəti yoxdur. Çünki Ermənistan Azərbaycan əleyhinə müharibəyə hazırlaşır. Ermənistan Azərbaycanla lokal çaplı toqquşmalar istəyir və onun atdığı bütün addımlar da Ermənistanın müharibəyə fokslandığını göstərir. Bütün bunlar vəziyyətin məcradan çıxmağına və Cənubi Qafqaz regionunda ədalətli, real sülh imkanlarının əldə edilməsinə maneələr törədir”.


Gülbəniz Səfərova


Bənzər xəbərlər