Sərnişinləri ilə arasında mübahisə yaşanan sürücü avtobusu sürməkdən imtina edib - VİDEO
Bu gün səhər saatlarında paytaxtda avtobus sürücüsü ilə sərnişinlər arasında başlanan mübahisə zamanı sürücü nəqliyyat vasitəsini sürməkdən imtina edib.
Patrulaz.az-a daxil olan məlumata görə, BakuBus-a məxsus 72 saylı avtobusun 15 dəqiqədən artıq gecikməsi və arxa qapısında yaranan texniki nasazlıq sərnişinlərin etirazına səbəb olub. Gərginlik artdıqca, sürücü “Mən də insanam, məni də ana doğub”,- deyərək sərnişinlərlə sözlü mübahisəyə girib və sonda sükanı tərk edib.
Sərnişinlərdən biri isə “kim sənin xətrinə dəyibsə, onun əvəzinə üzr istəyirəm”, – deyərək vəziyyəti yumşaltmağa çalışıb.
Qeyd edək ki, son zamanlar ictimai nəqliyyatda sərnişinlərlə sürücülər arasında bu kimi insidentlərə daha tez-tez rast gəlinir.
Gülbəniz Səfərova






