media-inshot_20260317_125841918

Sərxoş general məxfi sənədləri itirib.

Patrul.az xəbər verir ki, hadisə 2024-cü il mayın 13-də generalın Ukraynaya etdiyi 9 günlük işgüzar səfər zamanı baş verib.

ABŞ ordusunun generalı Antonio Aguto Ukraynaya dəstəyin koordinasiyası üzrə komandanlığın rəhbəri kimi fəaliyyəti dövründə məxfi sənədləri itirib və Kiyevdə sərxoş vəziyyətdə müşahidə olunub. Bu barədə Pentaqon Baş Müfəttiş İdarəsinin 17 mart tarixindəki hesabatında bildirilib.

Hesabata əsasən, general ABŞ səfirinin göstərişlərinə baxmayaraq, məxfi materialları özü ilə Ukraynaya aparıb. Daha sonra isə Almaniyaya qayıdarkən Polşa ərazisindən keçən qatar səfəri zamanı həmin sənədləri orada unudub.

Bununla yanaşı, Agutonun rəsmi görüşlərdə, o cümlədən ABŞ rəsmiləri və ukraynalı hərbi rəhbərlərlə keçirilən toplantılarda sərxoş vəziyyətdə iştirak etdiyi qeyd olunur.

Şahidlərin sözlərinə görə, tədbirlərdən birindən sonra general qaldığı oteldə yıxılaraq baş nahiyəsindən xəsarət alıb. Növbəti gün onun alnında zədə izləri müşahidə olunub.

Həmçinin bildirilir ki, 2024-cü ilin may ayında ABŞ Müdafiə Nazirliyinə generalın davranışı ilə bağlı üç anonim şikayət daxil olub. Qeyd olunan bütün faktlar müfəttiş hesabatında əksini tapıb.

Aynur Nadirqızı


Bənzər xəbərlər