media-06f7282c-4608-4f97-844c-492d7488230b

Taksi fəaliyyəti göstərən sürücülər sığorta məsələsi ilə bağlı problem yaşayırlar. Qaynar xəttimizə daxil olan məlumatlara görə, sığorta şirkətləri taksi sürücülərinin sığorta tələbini ya qəbul etmirlər, ya da daha artıq məbləğ tələb edirlər.

media-img_5037
Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən Hüquqşünas Ərşad Hüseynov bildirib ki, sözügedən məsələ hüquqi olaraq Mülki Məcəllədə tənzimlənir və qanunda bütün detallar aydın şəkildə öz əksini tapıb: “Qanuna əsasən bütün mexaniki nəqliyyat vasitələri və avtomobilləri sahibləri öz mülki məhsulliyyətlərini icbari qaydada sığorta etdirməlidirlər. Qanuna əsasən bu zaman avtomobil sahibi hər hansı sığortaçını seçirsə, həmin sığortaçının onunla müqavilə bağlamaqdan imtina etmək hüququ yoxdur. Yəni, sığorta etdirən avtomobil sahibi sığortaçısını seçdikdə, sığortaçı mütləq onunla müqavilə imzalamalıdır. Bununla bağlı elektron sistem də yaradılıb və hər zaman funksionaldır.

Sığortaçı tərəfindən əlavə pul tələb edilməsi də qanuna ziddir. Belə ki, Mərkəzi Bank tərəfindən hər kəs üçün ayrılmış meyarlar var və onlara uyğun olaraq qiymətlər hesablanır. Qanunda sığorta haqqından artıq və ya əskik pul alına bilməyəcəyi qeyd olunub. Əks halda atılan addımlar qanun pozuntusu hesab olunur. Belə olan təqdirdə şəxs Mərkəzi Banka müraciət edərək, şikayətini bildirə bilər”.

 


Bənzər xəbərlər