Silahlı atışmada 11 nəfər yaralandı
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Karolina ştatında baş verən silahlı hücum nəticəsində 11 nəfər yaralanıb.
Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, ABŞ-ın Karolina ştatının Horry dairəsi Polis İdarəsi tərəfindən verilən açıqlamada, ştatın Little River bölgəsində şəxsiyyəti hələ müəyyən edilməmiş şəxslər tərəfindən silahlı hücum törədildiyi bildirilib. Hücum nəticəsində 11 nəfərin yaralandığı və yaralıların xəstəxanalara yerləşdirildiyi qeyd olunub.
Polis hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
Ləman Sərraf






