Sinif yoldaşı tərəfindən yandırılan şagirdin SON VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda 286 nömrəli tam orta məktəbdə baş vermiş bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan 2011-ci il təvəllüdlü şagirdin hazırkı vəziyyəti açıqlanıb.
Bu barədə Patrul.az-ın sorğusuna TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müalicəsi davam edən şagirdin vəziyyəti ağır olaraq qalır:
“20.04.2026-cı il tarixində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.
Xatırladaq ki, aprelin 20-də Yasamal rayonu, 286 nömrəli tam orta məktəbdə IX sinif şagirdi həmyaşıdının üzərinə spirt tökərək onu alışqanla yandırıb. Yanıq xəsarətləri alan 2011-ci il təvəllüdlü şagird Yanıq Mərkəzinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü yeniyetmə barəsində isə Yasamal Rayon Məhkəməsinin 22 aprel 2026-cı il tarixli qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Gülbəniz Səfərova






