Skuter akkumulyatorlarını evdə zaryatqaya qoymaq təhlükəlidir - partlayış ola bilər - VİDEO
Son illərdə paytaxtda və bölgələrdə elektrikli skuter və velosipedlərin istifadəsi artıb. Lakin müşahidələr göstərir ki, çox sayda vətəndaş akkumulyatorları mənzillərə çıxararaq evdə zaryad edir.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu addım son dərəcə təhlükəlidir. Akkumulyatorların ev şəraitində, xüsusilə də düzgün havalandırılmayan qapalı məkanlarda şarj edilməsi yanğın və partlayış riskini əhəmiyyətli dərəcədə artırır. Dünyada artıq belə hallardan irəli gələn çoxsaylı faciələr qeydə alınıb.
Yanğın təhlükəsizliyi üzrə mütəxəssislərin sözlərinə görə, vətəndaşlar akkumulyatorları evdə deyil, açıq havada və ya xüsusi təyin olunmuş şarj məntəqələrində doldurmalıdır. Əks halda, bu vərdiş insanların həm sağlamlığına, həm də əmlakına ciddi təhlükə yaradır.
Patrulaz.az






