media-1739345488765648733_1200x630

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

Patrulaz.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verdi.

Somali Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

media-17393454885716838956_1200x630

media-1739345488273785046_1200x630

media-17393454882121643416_1200x630

media-173934548810169459_1200x630

media-17393454885575546055_1200x630

media-17393454886294323700_1200x630


Bənzər xəbərlər