media-5af11918-cb29-415d-bf1e-1bfc2cee1ef7

Sosial şəbəkələrdə fəaliyyət göstərən “@kredit.bakumuz” adlı səhifə vətəndaşları kredit adı ilə aldadaraq onların hesablarından pul oğurlayır.
Şikayətçilərin Patrulaz.az-a bildirdiyinə görə, səhifədə qeyd olunan nömrəyə yazdıqda, Qaziyev Elçin Şahin oğlu adlı şəxs kredit verilməsi üçün müraciət edən şəxslərdən bank kartı nömrələrini istəyir və balanslarında minimum 50 AZN olması şərtini qoyur.
Lakin bu şəxslə əlaqə saxlayan vətəndaşlardan biri bildirib ki, onun hesabından 245 AZN vəsait çıxarılıb. Kredit almaq ümidi ilə məlumatlarını paylaşan vətəndaşlar isə daha sonra nə pul, nə də kredit ala bilirlər. Üstəlik, bu şəxsin telefonu yalnız lazımi məlumatları əldə etdikdən sonra aktiv olur və daha sonra yenidən söndürülür.
Bu cür dələduzluq halları ilə bağlı vətəndaşlar diqqətli olmalı, tanımadıqları şəxslərə bank kartı məlumatlarını verməməli və şübhəli səhifələrlə ünsiyyətə girməməlidirlər. Həmçinin, aidiyyatı qurumların bu cür fırıldaqçılara qarşı tədbir görməsi və vətəndaşları maarifləndirməsi vacibdir.

 


Bənzər xəbərlər