media-81881523-f9a9-4898-b029-b12b909bcf12

Sudanda şiddətli vətəndaş müharibəsi davam edir.

Patrulaz.az “Xinhua”ya istinadən xəbər verir ki, Sudanın qərbində yerləşən Darfur əyalətində baş verən silahlı hücum nəticəsində 62 nəfər həyatını itirib.

Belə ki, şəhər yarımhərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələrinin (RSF) atəşinə tuş gəlib, nəticədə onlarla mülki şəxs həlak olub.

Sözügedən silahlı qrup tərəfindən həyata keçirilən bu hücum zamanı 15-i uşaq, 17-si qadın olmaqla ümumilikdə 62 mülki şəxs həyatını itirib, 75 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum şəhərin cənubundakı mal-qara bazarını və bir neçə yaşayış məhəlləsini hədəf alıb.

Xatırladaq ki, El Faşerdə SAF və RSF arasında döyüşlər 2023-cü ilin aprelində ölkədə başlayan genişmiqyaslı münaqişənin tərkib hissəsi kimi 10 may 2024-cü ildən etibarən daha da şiddətlənib.

Qeyd edək ki, RSF Sudanda “Sürətli Dəstək Qüvvələri”dir. Bu dəstə Sudan hökuməti tərəfindən yaradılıb. Lakin sonradan geniş səlahiyyətləri olan yarımhərbi silahlı qüvvəyə çevrilib. Hazırda isə RSF ilə Sudan Silahlı Qüvvələri arasında şiddətli vətəndaş müharibəsi gedir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər