“Sülhün davamlılığının zəmanəti olan şərtlər Ermənistan tərəfindən həyata keçirilmiyib“- ŞƏRH
“Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin ümumi mətninin 17 bəndi üzrə razılıq əldə olunsa da, fərqli platformalarda Ermənistan tərəfindən qərəzli və əsassız iddihamların şahidi oluruq”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, son günlər şərti sərhəddə mütəmadi olaraq Ermənistan tərəfindən atəşkəs pozulur: “Son günlərdə mətbuatda da geniş müzakirələrə səbəb olan “Yerkrapa” terror təşkilatının üzvlərinin şərti sərhəddə peyda olması Ermənistan və onun arxasında dayanan siyasi qüvvələrin sülhdən nə qədər uzaq yanaşmalara sahib olduqlarının bariz nümunəsidir.
Sülhlə bağlı ümumi mətn üzrə razılıq əldə olunsa da, həmin mətnin davamlılığının zəmanəti olan şərtlər hələ də Ermənistan tərəfindən həyata keçirilmiyib. Azərbaycan Prezidentinin dünənki çıxışında vurğuladığı əsas məqamlar da bu istiqamətdədir ki, ATƏT-in Minsk Qrupunun ləğv olunması və konstitusiyaya dəyişikliklə bağlı Ermənistan tərəfindən hələ də konstruktiv addımlar atılmır. Belə olan halda isə təəssüf ki, sülhdən danışa bilmirik”.
Səbinə Hüseynli