media-9756244f-4e9f-4673-bc9c-0a35e278e787

Sumqayıt şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edərək videoçəkiliş edən və sosial şəbəkələrdə paylaşan 77-YR-308 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü Qədir Fərzəliyev Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, onun barəsində protokol tərtib edilib və baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Q.Fərzəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.


Bənzər xəbərlər