Sumqayıtda məftillə bərkidilmiş kabellər sakinləri qorxudur - VİDEO
Sumqayıt şəhəri, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi Nasosnu ərazisində işıq kabellərinin təhlükəli vəziyyəti sakinləri narahat edir.
Patrulaz.az-a daxil olan görüntülərdə yağış nəticəsində yerin sulu olması vəziyyəti daha da təhlükəli edib. Belə ki qəsəbə sakinləri qorxurlar ki, məftillə bərkidilmiş kabellərin qırılaraq suya düşməsi faciəvi hadisəyə yol aça bilər.
Vətəndaşların şikayəti üzrə isə, “Azərişıq” ASC kabelləri yalnız məftillə bağlayıb, bu da problemi tam həll etməyib.
Patrulaz.az məsələni diqqətdə saxlayacaq və problem üzrə tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edəcək.
Gülbəniz Səfərova






