media-screenshot_20250701_235618_whatsapp

Sumqayıt Bulvarında baş vermiş qeyri-adi hadisə ictimaiyyətin narahatlığına səbəb olub.

Patrulaz.az xəbər verir ki, parkda azyaşlı 12 uşaq yerə uzanıb və onların üzərindən bir nəfər velosipedlə tullanaraq keçib. Hadisənin fotokamera ilə çəkiliş məqsədilə edildiyi bildirilir.

Redaksiyamıza daxil olan kadrlarda görünür ki, uşaqlar bu təhlükəli hərəkəti əyləncə və çəkiliş məqsədilə həyata keçirirlər. Velosipedçi tullanışı təhlükəsiz şəkildə başa vurduqdan sonra ətrafdakılar bu anı böyük nailiyyət kimi qəbul edərək, seviniblər.

Ən narahatedici məqamlardan biri isə ətrafda olan yetkin şəxslərin hadisəyə heç bir müdaxilə etmədən izləmələridir.

Qeyd edək ki, bu cür məsuliyyətsiz davranışlar istənilən an faciəyə səbəb ola bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər