media-inshot_20260123_182258596

Sosial media sahəsi sürətlə inkişaf edir və brendlər auditoriya ilə daha effektiv əlaqə qurmaq üçün yeni texnologiyalardan istifadə edirlər. Son illərdə süni intellekt platformaları bu prosesdə mühüm alət kimi diqqət çəkir.

Bəs, süni intellekt SMM sahəsinə ən böyük təsiri hansı mərhələdə göstərir və hazırda brendlər AI-dən daha çox hansı məqsədlərlə istifadə edir?

Bu barədə, SMM və süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Patrul.az-a açıqlamasında bildirib ki, süni intellekt brendlərin kontent ideyası və istehsalını saatlardan dəqiqələrə endirərək vaxt qazandırır:

“Kontent ideyası və istehsalı

Süni intellekt brendlərə bu nöqtədə ciddi vaxt qazandırır. Post mövzuları tapır, başlıq yazır, vizual üçün brief yaradır, video ssenarisi təklif edir. Həmçinin ideyaların birbaşa vizuallaşdırılmasında da istifadə edilir. ( video, foto, karusel postlar) Əvvəllər 2 saat çəkən iş indi 10 dəqiqəyə düşür. Bu səbəbdən təsir məhz burada daha çox hiss olunur”.

media-img-20260123-wa0059

“Brendlərdə AI-dən hazırda ən çox Sürətli kontent istehsalı,

A/B test üçün alternativlər yaratmaq,

Auditoriya analizi və insight çıxarmaq,

Reklam mətnlərinin hazırlanması,

Kontent planlama dəstəyi məqsədlərlə istifadə edilir” – deyə ekspert qeyd edib.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər