Süni intellektin yaratdığı turistlik məkana getdilər, aldandılar - Qeyri-adi hadisə
Süni intellekt yenidən insanları aldadıb.
Patrul.az-ın məlumatına görə, Avstraliyanın Tasmaniya bölgəsindəki turizm məkanları haqqında məlumat verən veb sayt süni intellektdən istifadə etməyə başlayıb.
Lakin süni intellekt tərəfindən yaradılan kontentlərdən birində “Veldboro isti bulaqları” adlı saxta məkan təsvir edilib.
“Dinc bir istirahət yeri” və “səyahətçilərin sevimlisi” kimi başlıqlarla təqdim edilən bu yerin reallığına inanan turistlər istirahət məqsədilə həmin əraziyə axın etməyə başlayıblar.
Həmin ərazidə turistlər otel sahibi Kristi Probertə isti bulaqların yerini soruşduqda isə o, təəccübləndiyini bildirib. Onun sözlərinə görə, otelinə mövcud olmayan bu bulaqlar barədə tez-tez zənglər edilir.
Hadisədən sonra veb sayt rəsmi açıqlama verərək operativlik və rəqabət səbəbindən süni intellektdən istifadə etdiklərini, edilən səhvin isə onlara ziyan vurduğunu bildirib.
Qeyd edək ki, veb sayt daha sonra məqaləni silib.






