Süni intellektlə dirilən qurban qatili ilə danışdı
ABŞ-nin Arizona ştatında 2021-ci ildə güllələnərək öldürülən Kristofer Pelkey adlı şəxs məhkəmədə süni intellekt vasitəsilə canlandırılıb. Onun qatili Qabriel Horcasitasa müraciəti hərkəsi şoka salıb.
Patrulaz.az “New York Post”a istinadən xəbər verir ki, Pelkeyin ailəsi tərəfindən hazırlanan AI videosu ilə mərhumun ifadəsi məhkəmə zalında səsləndirilib: “Başqa həyatda, yəqin ki, dost ola bilərdik. Mən səni bağışlayıram”.
Bu çıxışdan təsirlənən hakim qatilə 10 il yarım həbs cəzası verib.
Qeyd edək ki, bu hadisə ABŞ-də süni intellektin ilk dəfə qurbanın ifadəsi üçün istifadə edildiyi məhkəmə prosesi kimi tarixə düşüb.
Gülbəniz Səfərova