Suriya Prezidenti Əhməd Şəra Türkiyəyə səfərindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya Ərəb Respublikası Rəyasət Heyətinin “Telegram” hesabından verilən açıqlamada Türkiyənin Suriya xalqının haqq işinə şərəfli və müsbət dəstəyinin iki ölkə arasındakı qardaşlığın güclü nümunəsi olduğu vurğulanıb. Açıqlamada Türkiyə ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində koordinasiyanın gücləndiriləcəyinə və gələcəkdə ortaq maraqları dəstəkləyən əməkdaşlığın artırılacağına ümid edilib.


Bənzər xəbərlər