media-02b5346e-e059-439c-826d-63c6451fee15

Sumqayıt şəhərini Sarayla birləşdirən körpüdə təmir işləri artıq aylardır davam edir. Təmirin aprel ayında başa çatması nəzərdə tutulsa da, sürücülər mövcud vəziyyətin çətinliyi ilə bağlı şikayətlərini Patrulaz.az-a bildiriblər.
Alternativ yoldan istifadə edən sürücülər, torpaq yol ilə hərəkət etməyə məcbur olduqlarını və bu yola da asfalt örtüyü çəkilməsinin daha məqsədəuyğun olduğunu qeyd edirlər. Yavaş hərəkət edən nəqliyyat vasitələri səbəbindən tıxaclar yaranır ki, bu da vətəndaşları narahat edir.


Bənzər xəbərlər