media-img_8282

“Prezident İlham Əliyevin Qarabağa tez-tez səfərləri bir neçə mühüm məqamı əks etdirir və regionun bərpası, inkişafı və sosial-iqtisadi stabilliyin təmin olunmasında əvəzsiz rol oynayır. Prezidentin Qarabağa müntəzəm səfərləri, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin nəzarət altında aparılmasını təmin edir. Bu, infrastruktur layihələrinin vaxtında tamamlanmasına və regionun iqtisadi inkişafına təkan verir, Prezidentin bu səfərləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını sürətləndirir və onların həyat şəraitinin yaxşılaşdırılması məqsədinə xidmət edir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

media-img_8281
O bildirib ki,  Prezidentin şəxsən
regionu ziyarət etməsi, köçkünlərə verilən vədlərin həyata keçirildiyini göstərir, Qarabağa müntəzəm səfərlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda əldə edilən qələbənin simvoludur: “Bu, həm də millətin birliyini və həmrəyliyini gücləndirir, xalqın Prezidentin liderliyindəki əzmkarlığına olan inamını artırır, Prezidentin səfərləri, həm daxili auditoriya, həm də beynəlxalq aləm üçün mühüm bir mesajdır. Bu, Azərbaycanın ərazi bütövlüyünə olan əzmini və ölkənin suverenliyinə sahib çıxmasını nümayiş etdirir. Eyni zamanda, bu addımlar, dünya ictimaiyyətinə Qarabağda sabitlik və inkişaf yolunda irəliləyişin əldə edildiyini göstərir. Prezidentin səfərləri Qarabağın yalnız fiziki deyil, həm də sosial və mədəni baxımdan inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirildiyini sübut edir. Bu səfərlər zamanı həyata keçirilən mədəni irsin qorunması, sosial obyektlərin tikintisi və iqtisadi inkişaf sahəsində görülən işlər, regionun gələcəyini təmin edir. Prezidentin bölgəyə davamlı səfərləri, dövlətin bölgənin inkişafına verdiyi önəmi və bu istiqamətdə müəyyənləşdirilən hədəflərin həyata keçirilməsini göstərir. Bu, həm də ölkə daxilində iqtisadi islahatların uğurla həyata keçirildiyinin göstəricisidir. Bu səfərlər, həm Qarabağ regionunun, həm də Azərbaycan dövlətinin inkişafı və ərazi bütövlüyünün təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

Növbəti səfərlərdən biri də cari ilin mart ayının 27-də həyata keçmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında işirak etdikdən sonra Şuşa şəhərinə səfər ediblər. Səfər çərçivəsində burada görülən işlərlə tanış oldular, eyni zamanda bir sıra vacib infrastruktur və mədəni obyektlərin açılışında iştirak etdilər.

Qeyd edək ki, Şuşada genişmiqyaslı tikinti və bərpa layihələri həyata keçirilir. Buraya tarixi abidələrin yenidən qurulması, yeni sosial obyektlərin tikilməsi, yol və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi daxildir. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında aparılan bu işlər Şuşanı beynəlxalq turizm və mədəniyyət mərkəzinə çevirmək məqsədi daşıyır. Bu səfər şəhərin inkişafının növbəti mərhələsini təcəssüm etdirirdi. Səfər şərçivəsində Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.

Belə ki, Şuşada XIX əsrə aid Çöl Qala məscidi və bulağı əsaslı bərpadan sonra istifadəyə verilib. Prezident və birinci xanım açılış mərasimində iştirak edərək görülən işlərlə tanış olublar. Məscid memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib və Şuşanın dini-mədəni irsinin mühüm nümunələrindən biridir. Bərpa zamanı məscidin orijinal üslubu qorunub saxlanılıb, həmçinin bulaq yenidən qurularaq şəhərin su təchizatına töhfə verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşanın əsas küçələrindən biri olan Qarabağ küçəsində aparılan abadlıq işləri ilə tanış olublar. Burada tarixi binaların bərpası, yeni iaşə obyektlərinin tikintisi və ümumi infrastrukturun yenilənməsi həyata keçirilir. Bu layihələr Şuşanın turizm potensialını gücləndirməklə yanaşı, şəhərin sakinləri üçün müasir şəraitin yaradılmasını da hədəfləyir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti və yenidənqurma işləri də dövlət başçısının diqqət mərkəzində olub. Burada müasir tibbi xidmətlərin göstərilməsi üçün yeni bölmələr yaradılır, lazımi avadanlıqlarla təminat həyata keçirilir. Bu mərkəz şəhər sakinlərinə və turistlərə tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsinə imkan yaradacaq. Səfər zamanı Yeni Şuşa məscidində aparılan tikinti işlərini də nəzərdən keçirilib. Məscidin inşası zamanı ənənəvi Azərbaycan memarlıq üslubu ilə müasir texnologiyaların vəhdəti təmin edilir. Bu məscid şəhərin dini həyatında mühüm rol oynamaqla yanaşı, onun mədəni dəyərlərinin qorunmasına da töhfə verəcək. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri, şəhərin tarixi irsinin bərpası və gələcək inkişafı istiqamətində həyata keçirilən işlərin davamlı və uğurlu icra olunduğunu bir daha nümayiş etdirdi. Şuşa, Azərbaycan mədəniyyətinin və tarixinin əsas mərkəzlərindən biri kimi öz əvvəlki möhtəşəmliyini bərpa etməkdə davam edir.

Bildirək ki, Şuşa şəhərinin bərpası və inkişafı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, şəhər həm tarixi irsini qoruyacaq, həm də müasir dövrün tələblərinə uyğun yenilənəcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri, şəhərdə aparılan genişmiqyaslı bərpa və inkişaf işləri Azərbaycanın Qarabağdakı qələbəsini möhkəmləndirmək yolunda atılan mühüm addımlardır. Şuşa həm tarixi irsini qoruyur, həm də müasir şəhər kimi inkişaf edir. Bu səfər Şuşanın yenidən Azərbaycanın mədəniyyət paytaxtı statusunu gücləndirməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər və həyata keçirilən layihələr Azərbaycanın Şuşaya və Qarabağa verdiyi böyük önəmin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər Şuşanın təkcə Azərbaycanın deyil, bütün regionun ən mühüm mədəni və turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradır”.

Səbinə Hüseynli


Bənzər xəbərlər