Binəqədi rayonunun Baksol ərazisindən Dərnəgül istiqamətinə gedən yolda quraşdırılan yeni işıqfor sürücülərin narazılığına səbəb olub. Sürücülər bildirirlər ki, əvvəllər bu yolda hərəkət qaydasında olsa da, işıqforun quraşdırılmasından sonra tıxac və ləngimələr artıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov məsələ ilə bağlı Patrulaz.az-a verdiyi açıqlamada bildirib ki, qeyd olunan yolda svetofor obyektinin quraşdırılması ilə bağlı vətəndaşlar tərəfindən Mərkəzə bir neçə müraciət daxil olmuşdu. Dərhal Mərkəzin əməkdaşları tərəfindən həm yerində, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə yolda təhlillər aparılıb, sürücü və piyada təhlükəsizliyi nəzərə alınaraq svetofor quraşdırılıb. Nəqliyyat sıxlığının yaranması məsələsinə gəldikdə isə bu yolda daha çox pik saatlarda sıxlıq yaranır və səbəb həmin istiqamətlərdə avtomobillərin intensiv hərəkət etməsidir.


Bənzər xəbərlər