media-img_0554

“Boardwalk Empire” və “Daredevil” seriallarındakı rolları ilə tanınan aktyor Devin Harjes 41 yaşında vəfat etdi

Patrulaz.az məlumat verir ki, amerikalı aktyor Devin Harjesin vəfat xəbəri nümayəndəsi tərəfindən “NBC News”a təsdiqlənib.
Verilən məlumata görə, Harjes bu ilin qış aylarında xərçəng xəstəliyinə tutulub və xəstəliklə bağlı yaranan fəsadlar səbəbindən Nyu-Yorkdakı “Mount Sinai West” xəstəxanasında dünyasını dəyişib. Nümayəndələri aktyorun xəstəliyinə dair əlavə təfərrüat verməyiblər.

Devin Harjes, “Boardwalk Empire” serialında Jack Dempsey-ə bənzəyən boksçu, “Daredevil”də isə Billiobrazı ilə yadda qalmışdı. Onun vaxtsız vəfatı sənət dünyasında böyük kədər doğurub.


Bənzər xəbərlər